Cəmiyyət

Aeroport şosesində piyadanı avtomobil vuraraq öldürdü

Sharing is caring!

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə aeroport şosesinin Əmircan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda piyada – 1986-ci il təvəllüdlü Xalıqov Zaur Aydın oğlu yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub.

Sürücü xəsarət almış piyadanı xəstəxanaya apararkən Z.Xalıqov yolda dünyasını dəyişib.

Qeyd edək ki, hadisəni törədən sürücü Eldəniz Əliyev akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ürək-damar cərrahiyə şöbəsinin həkimidir.

O, yaralı piyadaya ilkin tibbi yardım göstərib.

Daha sonra yaralını xəstəxanaya aparmağa çalışıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb və araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir