Dünya

Ukraynalı uşaqları öldürmək çağırışı edən jurnalist işdən çıxarıldı

Sharing is caring!

“Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan rəhbərlik etdiyi informasiya agentliyinin jurnalist Anton Krasovski ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.

O, bu barədə öz “Telegram” kanalında yazıb.

Simonyan A.Krasovskinin açıqlamasını “vəhşi və iyrənc” adlandırıb.

Qeyd edək ki, “Russia Today” kanalında yayımlanan “Antonimı” proqramında Krasovski yazıçı Sergey Lukyanenko ilə söhbətində təbliğatın qurbanı olan ukraynalı uşaqları öldürmək lazım olduğunu bildirmişdi. Bundan əlavə, Krasovski elə həmin verilişdə söyləyib ki, Ukrayna bir dövlət kimi mövcud olmalı deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir