İdman

“Kür”ün həndbolçusu: “Rəqib çox təcrübəli idi”

Sharing is caring!


“Rəqib çox təcrübəli idi”.

“Report” xəbər verir ki, bunu “Kür”ün həndbolçusu Aytən Eminova İtaliyanın “Jomi Salerno” klubuna 19:36 hesabı ilə uduzduqları Avropa Kubokunun 1/32 final mərhələsinin cavab matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Oyunçu komandalarının yeni yarandığını xatırladıb:

“Bu, bizim ilk oyunlarımız idi. Yeni toplaşmağımız və bir-birimizə tam uyğunlaşmamağımız məğlubiyyətə gətirib çıxardı. Rəqib həndbolçular neçə ildir birlikdə oynayırlar. Bir-birilərini daha yaxşı başa düşürlər”.

Eminova Azərbaycan çempionatına hazırlaşacaqlarını diqqətə çatdırıb:

“Noyabrda yarış start götürəcək. Daha yaxşı nəticələr qazanacağımıza ümid edirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir