Dünya

Ermənistan KİV: Putin Paşinyanın zəngini cavabsız qoyub

Sharing is caring!


Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanın zənginə cavab verməyib.

Bu iddia ilə Ermənistanda dərc edilən “Hraparak” nəşri Ermənistan hökumətindəki mənbəsinə istinadən çıxış edib.

“Sentyabrın 9-da Ermənistan baş naziri ABŞ dövlət katibi, Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti və Gürcüstan baş naziri ilə telefon əlaqəsi saxlayıb. Nikol Paşinyan Vladimir Putinlə də əlaqə saxlamağa çalışıb. Lakin Kremldən ona cavab verilməyib, bundan sonra o, Vladimir Vladimiroviçə geniş məktub göndərib və Putin bunu Vladivostok konfransında bildirib”, – qəzet yazır.

Yazıda iddia edilir ki, həmin məktubda Nikol Paşinyan Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, onların Kremlə qarşı olmadığına inandırıb.

“Paşinyanın ritorikasına nəzər salsaq, 9 sentyabrdan sonra o, Rusiya Federasiyası ilə bağlı mövqeyini yumşaltmağa çalışıb”, – nəşr yazır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir