Cəmiyyət

Beyin iflicindən əziyyət çəkən İbrahimi atası da atıb gedib – FOTO

Sharing is caring!

11 yaşlı Abdullazadə İbrahim Anar oğlu anadangəlmə beyin iflicindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a anası Əliyeva Nəzakət İlqar qızı məlumat verib.

O qeyd edib ki, hazırda övladının dərmanlarını və gündəlik ehtiyacını qarşılaya bilmədiyi üçün çətin vəziyyətdədir:

“İbrahim doğulandan bəri bu xəstəliklə mübarizə aparır. Müxtəlif beyin qidalandırıcıları, masajlarla onu həyatda saxlamağa çalışsam da, artıq maddi olaraq gücüm tükənib. Bu mübarizəni isə tək aparıram. Yoldaşım İbrahimin xəstə olduğunu biləndən sonra bizi atıb getdi və başqası ilə ailə həyatı qurdu. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən vətəndaş Abdullazadə İbrahim Anar oğlunun valideyni ilə əlaqə saxlanılıb:

“Valideyn övladının anadangəlmə beyin iflici və spastik tetraparez xəstəliyi olduğunu bildirib və Respublika Uşaq Sanatoriyasında müalicəsinə köməklik olunmasını xahiş edib. Agentlik tərəfindən valideynə qeyd edilən tibb müəssisəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olduğu bildirilib. Bununla yanaşı, valideynə övladının TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində tibbi xidmət göstərilməsinin mümkünlüyü izah edilib”.

Qeyd edək ki, çarəsiz ana övladının minimum həyat xərclərini qarşılamaq üçün yardım istəyir.

Əlaqə nömrəsi: 0705208521

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir