Dünya

İran XİN: “Krımın Rusiya tərəfindən ilhaqını tanımırıq”

Sharing is caring!

İran Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərini ilhaq etməsini tanımadıqlarını bildirib. 

Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian “TRT World” telekanalına müsahibəsində bildirib.

O bəyan edib ki, Rusiya ilə İran arasında yaxşı münasibətlərə baxmayaraq, Tehran Ukrayna ərazilərinin ilhaqını tanımır.

“Biz beynəlxalq qanunlar çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyırıq, buna görə də Tehran və Moskva arasında əla münasibətlərə baxmayaraq, biz Krımın ilhaqını, Luqansk və Donetsk vilayətlərinin Ukraynadan ayrılmasını tanımırıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir