Cəmiyyət

DYP-dən hava şəraiti bağlı MÜRACİƏT

Sharing is caring!

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti bağlı hərəkət iştirakçılarına müraciət edib.

“Ekologiya və Təbii sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabr ayının 17-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir”, – deyə müraciətdə qeyd edilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir