Cəmiyyət manset

Cənab prezidentin AZTV ilə bağlı qərarı tam doğru və ürək açandır-Rəşad Quliyev yazır

Sharing is caring!

Hörmətli xanımlar və cənablar, Bir çox bayağı verlişlərdən dolayı TV.lərə uzun müddət idi ki, baxmırdım. Ancaq bir neçə dəfə gözüm AZTV.nin verlişlərinə və xəbərlər proqramına toxundu. Verlişlərdəki müzakirə mövzuları, proqramlarda öyrəşdiyimizin əksinə olaraq format dəyişikliyi mənim çox xoşuma gəldi. Açığı ölkəmdə gördüyüm hər müsbət dəyişiklik məni sevindirdiyi kimi bu hadisə də hədsiz qürur hissi keçirməyimə səbəb oldu. Artıq hiss olunur ki, AZTV əvvəlki AZTV deyil. Köhnə üsullarla idarə olunan , dövlətin vəsaiti göyə sovrulan bir kanal yerinə yeni, yenilikçi, yaradıcı bir kanalla qarşılaşdım. Belə xoş yenilikləri gördükcə bir daha Cənab Prezidentin bu kanalla bağlı verdiyi qərarın nə qədər doğru olduğunu bir daha görümüş oluruq. Bu kanal bucür davam edərsə əminəm ki, dünya azərbaycanlılarının ən sevimli və baxımlı kanalına çevriləcək. Sükanı belə saxlayın dostlar!

Hörmətlə, Rəşad Quliyev Dünya Azərbaycanlıları Assambleyasının Prezidenti.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir