Dünya

Moskvada səfərbərliyin bitdiyinin elan edildiyi anın videosu yayıldı: “Hamı azaddır” – VİDEO

Sharing is caring!

Rusiyanın paytaxtı Moskvada qismən səfərbərlik başa çatıb.

Müvafiq qərar yerli hakimiyyət orqanları tərəfindən qəbul edilib.

Səfərbərliyin ləğvi ilə bağlı videogörüntülər sosial şəbəkələrdə gündəm olub. Videoda Moskvada səfərbərliyin bitdiyi bəyan edilir. “Hər kəs azaddır! Çağırışlar ləğv edildi! Səfərbərlik bitdi! Hər kəs eşitdimi?!”, – deyə hərbçi bildirir.

Bundan əvvəl qeyd edilmişdi ki, oktyabrın 17-də səfərbər olunanların toplandığı məntəqələr saat 14:00-dan etibarən bağlanacaq.

Sosial şəbəkələrdə həmçinin çağırışçının məntəqədən geri qaytarıldığı video da yer alıb. Məntəqənin girişində çağırışçıya səfərbərliyin bitdiyi bildirilir. O geri göndərilir. 

Mənbə: Smolnarod.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir