Cəmiyyət

Aberdin şəhərində Ermənistanın hərbi cinayətləri ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Sharing is caring!

Şotlandiyanın Aberdin şəhərində II Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib. 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, aksiya zamanı “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının sədri, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Nərgiz Morrison şəhər sakinlərinə Azərbaycan həqiqətləri, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları, Azərbaycan torpaqlarında yaratdığı mina problemi və Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqlar barədə ətraflı məlumat verib.

Qarabağ münaqişəsinin tarixini, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, Ermənistan silahlı qüvvələrinin dəhşətli müharibə cinayətlərini, son hərbi təxribatları, Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq öz ərazilərini işğaldan qurtardığını və ərazi bütövlüyünü bərpa etdiyini, Cənubi Qafqaz bölgəsində uzunmüddətli və dayanıqlı sülhün bərqərar olması naminə ciddi səylər göstərdiyini əks etdirən bukletlər sakinlərə paylanılıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir