Dünya

Kuleba Avropa İttifaqını İrana sanksiya tətbiq etməyə çağırdı

Sharing is caring!

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

O qeyd edib ki, bəlkə də, davam edən hava hücumu xəbərdarlığı səbəbindən bomba sığınacağından Şuraya müraciət edən ilk xarici işlər naziridir.

“Mən əlavə hava hücumundan müdafiə və sursat təchizatını xahiş etdim. Rusiyanı PUA-larla təmin etdiyinə görə İrana qarşı Aİ-ni sanksiyalar tətbiq etməyə çağırdım. Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 9-cu paketi güclü olmalıdır”, – deyə ukraynalı nazir “Twitter” hesabında bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir