Cəmiyyət

Yeni köçdükləri ev artıq boş qaldı: Ailənin faciəsinə çevrilən hadisədə ölənlərin yaxınları DANIŞDI – VİDEO

Sharing is caring!

Bir neçə gündür hər kəsin bəhs etdiyi dəhşətli qəzanın ardından ərinin ölümünə dözməyərək intihar edən Umudova Nahidə Sadiq qızının qohumları danışıblar.

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində mərhumun yaxınları bildiriblər ki, qəzada vəfat edən Umudov Fəxri və Nahidə bir-birlərini çox seviblər.

18 ildir ailəli olan Nahidə və Fəxrinin 16 il övladları olmurmuş. Maddi vəziyyətləri aşağı olsa da bir-birlərinə daim dəstək olublar.

Onların zəhmətləri ilə tikilən və yeni köçdükləri ev artıq boş qalıb.

Qeyd edək ki, oktyabrın 9-u axşam saatlarında Kürdəxanıda baş verən qəzada 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisədən sonra mərhumun həyat yoldaşı Umudova Nahidə Sadiq qızı oktyabrın 11-də səhər saat 04:00 radələrində özünü Kürdəxanı qəsəbəsində yaşadığı evin həyətindəki qaz borusundan asıb.

Daha ətraflı verilişi təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir