Dünya

Cənubi Koreya son 5 ildə ilk dəfə Şimali Koreyaya sanksiyalar tətbiq edib

Sharing is caring!

Cənubi Koreya Şimali Koreyanın nüvə təhlükəsinin artmasına cavab olaraq son beş ildə Pxenyana qarşı ilk birtərəfli sanksiyalar çərçivəsində 15 fiziki və 16 hüquqi şəxsi qara siyahıya salıb.

Yeni sanksiyalar siyahısına Şimali Koreyanın raket proqramı ilə bağlı gəmiçilik şirkətləri və onların rəsmiləri, habelə kütləvi qırğın silahları üçün materialların satın alınması ilə məşğul olan şəxslər daxildir.

Xüsusilə, KXDR müdafiə sənayesi üçün satınalmalar üzrə ixtisaslaşan “Korea Ryonbong General Corp.” konqlomeratı, eləcə də ballistik raketlərin və nüvə silahlarının inkişafında xidmətləri olan Milli Müdafiə Elmləri Akademiyası nümayəndələrinə qarşı sanksiyalar tətbiq edilib.

Həmçinin, Şimali Koreyanın Raket Sənayesi Nazirliyi, “Hapjanggang Trading Corp.”, “Korea Rounsan Trading Corp.” şirkətləri, Dəniz Administrasiyası və Neft Sənayesi Nazirliyi də sanksiyalara məruz qalıb.

Mənbə: ukrinform.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir