Cəmiyyət

Dübəndi yaxınlığında yerləşən, ilanların məskəni olan adadan FOTOREPORTAJ

Sharing is caring!

Dübəndi yaxınlığında ilanların məskəninin yerləşdiyini bilirsiniz? Bu materialda siz bu ada ilə tanış olacaqsınız. 

Dübəndiyə getmək üçün Pirallahıya gedən marşrutlardan istifadə etmək mümkündür. Bu adın mənasının da maraqlı izahı var. Belə ki, Dübəndi adının mənası kimisə görə ayaq geyimi olan “dübəndi” sözü ilə eynidir. Bəziləri isə daha başqa variantların, məsələn “dü bəndli”, yəni farscadan tərcümədə iki bəndli olmasının ehtimalını doğru bilirlər. 

Ada Xəzər sahilindən 50 km şimal-şərqdə yerləşir. Dübəndi yaşayış məntəqəsi qonşuluğundakı Pirallahı adası ilə güclü küləklərdən və qasırğalardan mühafizə olunur. Burada dənizə yaxın ərazidə çoxlu ilanlar olur. Fotolardan qorxulu gəlsə də, əslində əgər toxunmasanız, ilanlar heç kimə zərər verməz. 

Çəkiliş müddətində müşahidə etdiyimizə görə, ilanların daha çox istiqamət aldığı bir qaya var. Demək olar ki hamısı o qayanın ətrafında toplanır. Qaya üzərində dayanıb ilan yuvasına baxırdıq. 

Çox sonra başa düşdük ki, sən demə dayandığımız qayanın içərisi ilan yuvası imiş.

Photostock.az-ın ilanlara məskən olan adadan hazırladığı reportajı təqdim edirik:

Daha çox foto burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir