Cəmiyyət

Bizə Fransa lazım deyil!

Sharing is caring!

Fransanın Azərbaycana münasibəti çoxdan bəlli idi, sadəcə əvvəl bunu daha yumşaq deyirdilərsə, indi həyasızcasına, əsl fransız fahişəliyi ilə büruzə verirlər. 

Fransa öz qaranlıq keçmişini yeni sevgilisindən gizlədən əxlaqsız qadına bənzəyir desək yanılmarıq. Bu əxlaqsızlığın başında baş “aradüzəldən” Fransanın Prezidenti Makron durur. Niyə qaranlıq keçmiş deyirəm? Çünki Fransanın Afrikada törətdiyi hərbi cinayətlər barədə kifayət qədər faktlar var. Həm də “insan haqlarını qoruyan” bu cinayətkar ölkə İkinci Dünya müharibəsi dövründə alman nasistlərlə əlbir olaraq yəhudilərin soyqırımına nail olublar. Bu barədə 1995-ci ildə Fransanın mərhum Prezidenti Jak Şirak şəxsən danışıb. Boğaza qədər qan içində olan Fransa dövləti və xalqı hansı əsasla bu gün Azərbaycan və Türkiyəyə qarşı ittihamlar irəli sürür? Əcəba xeyirdirmi? 
 
Nə dünya siyasətçiləri, nə də Avropa siyasətçiləri arasında heç bir hörməti olmayan, hətta deyərdim “əli sıxılmayan” Makron bir müddət təlxəklik edərək rəsmi görüşlərə Ukraynanın Prezidenti Zelenski kimi geyinir, saqqal buraxırdı. Bu təlxəkliyi ona görə edir di ki, heç olmasa Zelenskinin dünyada artan nüfuzu hesabına özü də az da olsa suyun üzünə çıxa bilsin. Açığı çıxdı suyun üzünə. Amma siz də bilirsiniz ki, suda nə batmır. Bax o, batmayan şey kimi çıxdı üzə. Əslində nə idisə, o da çıxdı. Nə isə, məsələdən çox uzaqlaşmayaq. 

Makronun son bəyanatı bir daha onun və Fransanın rəsmi mövqeyini ortaya qoydu. Makronun fikrincə Qarabağ beynəlxalq hüquq və dünya birliyi tərəfindən qəbul olunmayan və mübahisəli ərazidir. Və iki il əvvəl Azərbaycan oraya hücum edərkən qanlı hadisələr yaşadıb. Bunun nəticəsində də həmin ərazini işğal edib. Yəqin ki, Makronun BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsilə bağlı dörd qətnaməsindən xəbəri yoxdur. Ya da qəsdən özünü axmaqlığa vurub. 

Həm də Fransanın özünü axmaqlığa, gicliyə qoymaqla bağlı xeyli təcrübəsi var. Məsələn, bu yaxınlarda Azərbaycanın Səfirliyinin Parisdə erməni terrorçuları tərəfindən hücuma məruz qalması faktı. Fransa beynəlxalq konvensiyalara uyğun olaraq səfirliyin təhlükəsizliyini birbaşa həyata keçirilməli olduğu halda, nəinki bu vandallığın qarşısını almadı, üstəlik bu məsələyə göz də yumdu. Niyə? Bu ölkə diplomatik toxunulmazlıq haqqını niyə tanımır? Təsəvvür edək ki, belə bir hal burada, Bakıda baş verərdi. Bir dəstə əlcəzairli əlində lax yumurta cumaydı səfirliyin üstünə. Necə olacaqdı? Bəli, bütün dünyada Azərbaycan bar-bar, diplomatik təhlükəsizliyi yerinə yetirə bilməyən ölkə kimi tanınacaqdır. 

Yeri gəlmişkən qaraüz ölkənin Azərbaycandakı səfiri Zakari Qros niyə Şuşaya səfər etmir? Neçə dəfə xüsusi dəvət göndərilməlidir cənab səfir üçün ki, bir özünü qaldırıb təşrif buyursun və bununla da Azərbaycanın ərazi bütövlüyünü qəbul etsin. 

Həm Makronun tam və açıq qaydada erməni tərəfdə olduğu, həm də səfirin bu cür münasibət sərgiləməyi bir daha bizə açıq və dəqiq mesajların verilməsi deməkdir. Mənim ölkəmin ərazi bütövlüyünü tanımayan heç bir ölkəni mən də tanımıram.

Cənab prezident demişkən: “Əgər Fransa Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy əhalisinin yarısı erməni olan Marsel şəhərini onlara versinlər. Onlara respublika elan etməyə icazə versinlər və müstəqillik versinlər”. 

Eyni fikri biz də dəstəkləyirik, cənab prezident. Marseli versinlər ermənilərə, şad-xürrəm bir yerdə yaşasınlar. 

Bir də ən vacib məsələ. Azərbaycana qarşı ittiham səsləndirəndən sonra Fransa hansı haqla mənim ölkəmin şərti sərhədlərini müəyyən edəcək komissiya və ya missiya ilə regiona gələ bilər? 

İstəmirik belə “aradüzəldəni”. Azərbaycanın sərhədini Azərbaycan əsgəri özü müəyyən edir və edəcək. Özü də Ali Baş Komandanın xəritəsi əsasında. Ona görə də bu gün mən və mənim kimi minlərlə vətəndaş Fransa missiyasının bizdən, torpağımızdan, Qarabağımızdan uzaq durmasını tələb edirik! Bizim torpaqlardan uzaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir