Cəmiyyət

Hövsanda sürücünü qətlə yetirib, avtomobilini qaçırıblar

Sharing is caring!

Hövsan qəsəbəsində qətl hadisəsi baş verib.

APA-nın əldə etdiyi xəbərə görə, Bakıxanov qəsəbəsində avtomobillə yolun kənarında dayanmış Çərkəz Ələsgərova tanımadığı bir neçə nəfər yaxınlaşaraq onları Hövsan qəsəbəsinə aparmalarını xahiş edib. Ünvana çatan zaman isə sürücü ilə sərnişinlər arasında dava düşüb. Dava zamanı sərnişinlərdən biri sürücünün boğazını kəsərək qətlə yetirib.

Hadisədən sonra cinayət törətmiş şəxslər avtomobili götürərək qaçıblar. Qətlə yetirilən şəxs tikintidə fəhlə işləyirmiş. Onun bir azyaşlı övladının olduğu bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir