Cəmiyyət

Xarici ölkələrin bir qrup media nümayəndəsi Gəncə şəhərində səfərdədir – FOTO

Sharing is caring!

Xarici ölkələrin bir qrup media nümayəndəsi Gəncə şəhərində səfərdədir.

“Report”un Qərb bürosunun məlumatına görə, Türkiyə, Xorvatiya, İordaniya, Monteneqro və Serbiyadan olan bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri Gəncə şəhərinə gəliblər.

Onlar Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkiblər.

Qonaqlar erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüblər.

Burada onlara həmin hadisə barədə məlumatlar verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir