Siyasət

İlham Əliyev “Milli Şəhərsalma Forumu”nda çıxış edəcək

Sharing is caring!

Azərbaycanda ilk dəfə “Milli Şəhərsalma Forumu” keçiriləcək.

Oxu.Az xəbər verir ki, iki gün davam edəcək forum Ağdam və Bakı şəhərlərində keçiriləcək.

Forumun Ağdamda keçirilən ilk günündə Prezident İlham Əliyev çıxış edəcək. 

Çıxışı Prezidentin rəsmi sosial şəbəkə hesablarından izləyə bilərsiniz:

Qeyd edək ki, sözügedən Forum BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilati dəstəyi ilə həyata keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir