Dünya

Ankarada dəhşət: Bir evdən beş nəfərin bıçaqlanmış meyiti tapıldı

Sharing is caring!

Türkiyənin Ankara şəhərində bir evdə beş Əfqanıstan vətəndaşı bıçaqlanaraq öldürülmüş halda tapılıb. İlkin müayinə zamanı adamların azı beş gün əvvəl öldürüldükləri müəyyən edilib.

Belə ki, Altındağ rayonunda yaşayan Əfqanıstan vətəndaşının ondan bir müddət xəbər ala bilməyən yaxınları polisə müraciət ediblər. Polislər evdə dörd nəfərin meyitini tapıblar. Evdə axtarış zamanı çarpayı altlığının içərisindən əlləri arxadan bağlanmış bir nəfərin də meyiti aşkar edilib.

Hadisə yerinə əlavə polis və tibb qrupları cəlb olunublar.

Faktla bağlı genişmiqyaslı araşdırma davam edir.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir