Cəmiyyət

Komitə sədri dərmanların qiymətindən və keyfiyyətindən narazılıq etdi

Sharing is caring!

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda dərmanların keyfiyyətindən və qiymətindən narazılığını ifadə edib.

Oxu.Az-ın məlumatına əsasən, Ə.Əmiraslanov komitənin iclasında deyib ki, dərmanların əlçatanlığı və keyfiyyəti ilə bağlı xeyli problemlər mövcuddur.

“Mən aidiyyəti qurumlarla bu məsələni müzakirə edəcəyəm. Düşünürəm ki, payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti və əldə olunması ilə bağlı da dinləmə keçirə bilərik”, – deyə o əlavə edib.

Deputat qeyd edib ki, dinləməyə apteklərin nümayəndələri, bu sahə ilə məşğul olan insanlar çağırılmalıdır.

“İnsanların bu narazılıqları araşdırılmalıdır”, – deyə Ə.Əmiraslanov bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir