Cəmiyyət

Əhalinin NƏZƏRİNƏ: Bu gün Bakının iki rayonunda qaz olmayacaq

Sharing is caring!

Bu gün Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib. 

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS” Magistral Qaz Kəmərinin dayaqlar üzərinə qaldırılması, “30-cu Sahə” QPS-də əlaqələndiricinin və əymənin quraşdırılması ilə bağlı saat 08:00-dan etibarən işlər başlayıb.

Görülən işlər başa çatanadək “30-cu sahə”, “Xətai”, “Keşlə” və “Əhmədli” QPS-lərdən, magistral qaz kəmərindən qidalanan “Bakı-ES-MMC”, “Azərneftyağ” (5/6sex)”, “SOCARYDM-13”, “SOCARYDM-21” və “Körpü Tunel MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılıb. 

Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir