Dünya

Böyük Kanyonda turist istidən öldü – VİDEO

Sharing is caring!

ABŞ-dakı Böyük Kanyonda bir neçə günlük gəzintiyə çıxan amerikalı turist qızmar isti səbəbindən ölüb.

Milli Park Xidməti bildirib ki, 59 yaşlı səyahətçi Delfina Martinez Kolorado çayı yaxınlığındakı İldırım çayı cığırına çatdıqdan sonra huşunu itirib. Onun qrupundan olan digər turistlər qadını ayıltmağa çalışsalar da, Martinez həyatını itirib.

Səyahətçinin ölümünü araşdıran “Coconino County” tibbi ekspertiza şirkəti faciənin ehtimal olunan səbəbi kimi həddən artıq istini göstərib.

Qeyd olunur ki, qadının öldüyü gün daxili kanyonda temperatur 37,7 dərəcəyə çatıb.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir