İdman

Gürcü şahmatçı “Netflix”i məhkəməyə verdi

Sharing is caring!

Şahmatçı Nona Qaprindaşvili Los-Ancelesdə “Kraliçanın gedişi” serialı ilə bağlı “Netflix”ə qarşı iddia qaldırıb.

Serialın epizodlarından birində deyilir ki, qadınlar arasında dünya çempionu olmuş şahmatçı rusiyalı kimi təqdim edilib və qeyd olunub ki, Nona Qaprindaşvili heç vaxt kişilərə qarşı şahmat oynamayıb.

İddia ərizəsində vurğulanıb ki, Qaprindaşvili ilə bağlı bu ifadə “milyonlarla auditoriya qarşısında onun nailiyyətlərini alçaldan yalan”dır. Belə ki, 1968-ci ildə o, 50-dən çox kişi şahmatçı ilə oynayıb.

Qaprindaşvili təzminat üçün 5 milyon dollar və onun heç vaxt kişilərlə oynamadığı iddiasının təkzib edilməsini tələb edib.

Mənbə: meduza.io

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir