Cəmiyyət

Bu il tələbə adını qazanmış ən gənc abituriyentin 15 yaşı var

Sharing is caring!

Bu il Azərbaycanda tələbə adını qazanmış ən gənc abituriyentin 15 yaşı var.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.

O bildirib ki, ən gənc tələbə 17 mart 2007-ci il təvəllüdlü Əsmər Məmmədovadır.

“Əsmər Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub”, – deyə qurum rəsmisi qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir