Cəmiyyət

Cənubi Qafqazda sülh və qarşılıqlı əməkdaşlıq mühüm məsələdir

Sharing is caring!

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvətilə Litva Respublikasının Prezidenti Gitanas Nauseda ölkəmizə rəsmi səfər etmiş və ən yüksək səviyyədə səmərəli və məhsuladar müzakirələr aparmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər.
  Prezident İlham Əliyev dost Litva dövlətinin başçısının ölkəmizə səfərinin iki ölkə arasında hərtərəfli əlaqələrin inkişafına böyük töhfə verəcəyini bildirmişdir.

Səfər zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin nizama salınması mövzusunda fikir mübadiləsi aparılıb. Bir daha qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. İşə başlamaq üçün Ermənistandan hər hansı yeni tarixləri gözləyirik.

    Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ermənistana 5 prinsipdən ibarət təklif göndərib. Bu prinsiplərdə qeyd olunan məsələlərin hər biri BMT-nin Nizamnaməsindən başlamış, bütün beynəlxalq təşkilatların sənəd və konvensiyalarında da öz əksini tapıb. Bu baxımdan Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəli sürdüyü prinsiplər regionda sülhü təmin edə biləcək ən səmərəli təkliflərdir. Bu prinsiplər beynəlxalq səviyyədə də təqdir olunur. "Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir", - deyə Prezident İlham Əliyev bildirib. Cənab İlham Əliyev həmçinin ali qonağın nəzərinə çatdıraraq demişdir ki, 2020-ci iilin payızında xalqımızın işğalçı Ermənistana qarşı apardığı şanlı Vətən müharibəsində əldə edilən parlaq qələbədən sonra regionda yeni reallıqlar yaranmışdır və bölgənin sürətli inkişafı üçün geniş imkanlar açılmışdır.

İlham Əmirov, YAP Cəlilabad RT Sərhədabad Ərazi Partiya Təşkilat sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir