Cəmiyyət

Qarşılıqlı əlaqələrin yeni üfüqləri

Sharing is caring!

Prezident İlham Əliyevin cari ilin 18 may tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışında göstərilir ki, ölkələr arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq. Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.
   Məlumdur ki, Litva Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarıdır. Litva Prezidenti Gitanas Nauseda, öz növbəsində rəsmi Vilnusun ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində maraqlı olduğunu vurğulamışdır: “Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır. İkitərəfli münasibətlərin, cənab Prezident, Sizin qeyd etdiyiniz 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə daha da inkişaf etdirilməsi bizim marağımızdadır. Mən tam inanıram ki, bizim iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensial var. Bu səbəbdən mən özümlə Azərbaycana bir çox biznes nümayəndələrini gətirmişəm. Biz bazar imkanlarını araşdırmaqda və ikitərəfli ticarət həcmlərini artırmaqda maraqlıyıq”.
   Qeyd etmək lazımdır ki, son illər Azərbaycan kimi, Litva da böyük uğurla inkişaf və tərəqqi yolundadır. Bu ölkənin Avropa qitəsində və onun təhlükəsizlik arxitekturasının önəmi daim artır. ölkədir və strateji enerji tərəfdaşıdır. Bu məsələyə toxunan Litva lideri deyib ki, onun ölkəsi Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi tamamilə dəstəkləyir. Azərbaycan öz qarşısına ümumi enerji sahəsində bərpaolunan enerji mənbələrinin həcminin artırılması məqsədini qoyub. Litva bərpaolunan enerji sektorunda, xüsusilə günəş enerjisi sahəsində güclü mövqeyə malikdir. Bu, eləcə də nəqliyyat və logistika sahəsində əməkdaşlığımız üçün böyük potensial mövcuddur.
   Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsət olmuşdur. Birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Gündəlikdə olan məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri var. Bütün məsələlərdə ümumi anlayış vardır.

  Bəli, Azərbaycan ilə Litva arasında əməkdaşlıq potensialı böyükdür. İndi əsas vəzifə bu potensialı hərəkətə gətirmək, bu sahədə nəzərəçarpan uğurlar əldə etməkdir. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız bu imkanlardan maksimum yararlana biləcək.

Hafiz Cavadov, Cəlilabad şəhər sakini, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir