Cəmiyyət

Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb

Sharing is caring!

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1935-ci il təvəllüdlü Ayqaz Hacıməmməd oğlu Musayevi taksi fəaliyyəti göstərən avtomobil vurub.

O, ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.