Kriminal

Şəmkirdə sərxoş kişi özünə xəsarət yetirdi

Sharing is caring!


Şəmkir sakini özünə kəsici alətlə xəsarət yetirib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Əkbər Bağırov bədənin müxtəlif hissəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onun yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, Ə.Bağırov sərxoş vəziyyətdə özünə xəsarət yetirib.

Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir