Cəmiyyət

Altı yaşlı Kənan üçün gecikməyək: Ailənin sizin dəstəyinizə ehtiyacı var – FOTO/VİDEO

Sharing is caring!

Altı yaşlı Kənanın sizin köməyinizə ehtiyacı var.

Xeberal.az xəbər verir ki, bu barədə balacanın ailəsi məlumat verib. 

2016-cı il təvəllüdlü Əlicanov Kənan Qoşqar oğluna beta talassemiya (böyük forma) diaqnozu qoyulub. Həkimlər Kənana sümük iliyi transplantasiyasının həyata keçirilməli olduğunu deyiblər. Əməliyyat Türkiyədə icra olunacaq. 

Balaca Kənan üçün uzun müddət sonra donor tapılıb. Lakin donorun altı aylıq müqaviləsi iyul ayının sonunda bitəcək. Əməliyyat üçün isə ümumilikdə 120 min manat vəsait lazımdır. Vəsaitin 100 min manatı toplanıb, geriyə sadəcə 20 min manat qalıb. Kənan balanın sağlamlığına qovuşması üçün ailəsinə dəstək olaq. Kənan üçün gec olmamış xeyirxah insanlar aşağıda qeyd edilən bank hesabına pul köçürməklə dəstək ola bilərlər.

Kənanın atası Qoşqar Əlicanov ilə +99470-684-90-07 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.