Cəmiyyət

DÖVRÜMÜZÜN ZƏKASI VƏ ŞƏRƏFİ

İyirmi doqquz il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, böyük tarixi hadisə idi. Ondan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan – məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlamışdılar. Ulu Öndər müraciətə müsbət cavab verərək, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirmişdir və partiyanın təsis konfransının keçirilməsi haqqında qərar qəbul edilmişdir. O illərdə isə ölkəmizin gələcək inkişafı o qədər də aydın deyildi. Çünki Yeni Azərbaycan Partiyası noyabr ayında yaradılmışdı. Ondan sonra ölkədə dərin böhran daha da kəskinləşdi, 1993-cü ilin yay aylarında AXC-Müsavat cütlüyü ölkəmizdə qardaş qanı axıtdı, vətəndaş müharibəsi başlamışdı və bunun nəticəsində torpaqlarımızın işğalı prosesi davam etmişdir.
Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası gücünü ümummilli liderimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alaraq böyük inkişaf yolu keçib. Partiya Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. Ciddi tarixi və siyasi əsaslara söykənən nailiyyətlər Yeni Azərbaycan Partiyasının yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer almasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsidə Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır.
Qürur hissi ilə qeyd etmək lazımdır ki, ulu öndərimizin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Bu reallığı əks etdirən çoxsaylı faktlar mövcuddur. Azərbaycan Prezidentinin xarici siyasəti xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirir. Bununla yanaşı, ölkənin milli təhlükəsizliyinin təmin edilməsi məsələsi də dövlət başçımız tərəfindən həyata keçirilən ən mühüm vəzifələrdən biridir.
Bütün bunlar Vətənimizin qüdrətinin daha da artırılması üçün son dərəcə böyük iradə, gərgin mübarizə bahasına əldə edilmiş nailiyyətlərdir və belə hesab edirik ki, bu nailiyyətlər davam etdiriləcək, müstəqilliyimizin daha da möhkəmləndirilməsində bundan sonra da baza rolunu oynayacaqdır. Müntəzəm olaraq əldə olunan gəlirlər bundan sonra da regionların inkişaf etdirilməsinə yönəldiləcəkdir, ölkədə insanların maddi təminatı misli görünməmiş dərəcədə yaxşılaşacaq, əhalinin maliyyə mənbələri, məşğulluq səviyyəsi artacaq, ulu öndərin işıqlı arzuları yerinə yetəcəkdir.
Fərqanə Məmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir