Dünya

Ermənistanda dörd zabit saxlanılıb

Sharing is caring!

Ermənistanda rüşvət almaq və verməkdə təqsirli bilinən dörd hərbçi saxlanılıb.

Bu barədə Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi xəbər yayıb.

Bildirilir ki, Ermənistan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət alıb.

Belə ki, o, zabitlərdən vəzifədə yüksəlişləri üçün müxtəlif vaxtlarda 1 500, 2 000 ABŞ dolları məbləğində pul alıb və onların vəzifəyə təyin olunmasına nail olub.

Hərbi hissənin komandiri rüşvət almaq, digər zabitlər isə rüşvət vermək maddəsi ilə həbs olunublar.

İstintaq davam edir.

Mənbə: News.am

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir