Cəmiyyət

Zaqatalada ikimərtəbəli evdə yanğın olub

Sharing is caring!


Zaqatalada ikimərtəbəli, 6 otaqlı fərdi yaşayış evində yanğın olub.

APA xəbər verir ki, yanğın günorta saatlarında rayonun Lahıc kəndində Süleyman Saleh oğlu Yusifova məxsus ikimərtəbəli, 6 otaqdan ibarət evdə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb ediliblər. Yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir