Cəmiyyət

“Dostluq” kinoteatrında bərpa işlərinə başlanıldı – FOTOREPORTAJ

Sharing is caring!


Bakıda “Dostluq” kinoteatrında bərpa işlərinə başlanılıb.

Oxu.Az xəbər verir ki, işlər binanın qəzalı vəziyyətə düşmüş memarlıq elementlərini möhkəmləndirmək üçün ornamentlərini saxlamaq şərtilə aparılır.

Qeyd edək ki, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 76 ünvanında yerləşən, 1960-cı illərə aid “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassız olduğunu, 6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırıldığını bildirmişdi.

Bununla yanaşı kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb, Komitə tərəfindən heç bir tikinti icazəsi verilmədiyini qeyd etmişdi.

Daha çox foto burada: PhotoStock.Az

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir