Cəmiyyət

Xətai rayonunda keçilməz küçə – FOTO

Sharing is caring!

Bakının Xətai rayonunda Elvin Şükürlü küçəsinin bir hissəsi və Əhmədli kəndinin Babək prospekti tərəfdən girişi keçilməz vəziyyətdədir.

Oxu.Az xəbər verir ki, bu barədə sakinlər sosial şəbəkələrdə paylaşım ediblər.

Paylaşımda qeyd olunur ki, neçə ildir Xətai rayonunun Elvin Şükürlü küçəsinin Polad Həşimov küçəsi ilə kəsişməsinin bir hissəsi asfaltlansa da, qalan hissədə heç bir təmir işləri görülmür.

Problemlə bağlı müraciət edən sakinlərə isə gah “yaxın vaxtlarda”, gah da “ilin sonuna qədər” küçənin tam abadlaşdırılacağı vəd olunur.

Xətai rayonu ərazisində daha bir keçilməz küçə Əhmədli kəndinin Babək prospekti tərəfdən girişidir. “Həm asfalt problemi, həm də qarajların qarşısında təmir üçün saxlanılan avtomobillər gediş-gəlişə çətinlik yaradır”, – deyə paylaşımda bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli  bildirib ki, təmsil etdiyi qurumun balansında belə yollar yoxdur.

Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, təəssüf ki, heç bir cavab ala bilmədik. 

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir