Siyasət

GUAM nümayəndəsi: “Azərbaycanda prezident seçkisi demokratik normalar çərçivəsində keçirilir”

Sharing is caring!


“Azərbaycanda növbədənkənar prezident seçkisi demokratiya və şəffaflıq normaları çərçivəsində keçirilir”.

“Report” xəbər verir ki, bunu GUAM nümayəndə heyətinin tərkibində seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn Ukrayna Ali Radasının deputatı Mixail Papiyev deyib.

“Biz artıq Sumqayıtdakı seçki məntəqələrində olmuşuq, indi Bakıdayıq. Müşahidələrimiz zamanı vətəndaşlarla əlaqə saxlamışıq, seçkilərlə bağlı hər hansı irad yoxdur. Hər şey demokratik normalar çərçivəsində həyata keçirilir”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda seçki beynəlxalq standartlara tam uyğundur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir