Cəmiyyət

Naxçıvanda bir tona yaxın mənşəyi məlum olmayan ət aşkar edilib

Sharing is caring!


Naxçıvan Muxtar Respublikasının Qaraçuk kəndində bir tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız ət aşkarlanıb.

Bu barədə Naxçıvanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat yayıb.

Belə ki, Naxçıvan DİN-in Cinayət Axtarış İdarəsi keçirdiyi tədbirlər nəticəsində Qaraçuk kənd sakini, Rahib Həsən oğlu Hüseynovun evinin həyətinə baxış zamanı oradan bir tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız ət aşkarlayıb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndərilib.

Faktla bağlı araşdırmalar aparılır.

Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir