Cəmiyyət

Fəzail Ağamalı müstəqil günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

Bu günki Müstəqillik Günümüz çox şərəfli bir tarixə təsadüf edir. Vətən uğrunda döyüş aparırıq, uğurlar qazanırıq. Silahlı Qüvvələrimiz Azərbaycan Xalqının sevincinin üstünə sevinc gətirir. Şəhidlərimiz öz qanları ilə Azərbaycan Xalqının tarixinə şərəfli səhifələr yazır. Belə bir sevincli günlərdə müstəqilliyimizin 29 – cu ilini yaşayırıq. Bayramınız mübarək Uca Xalqım!

Tamamilə əminəm ki, Müstəqilliyimizin 30 cu ilini bütün Azərbaycanımızda yüksək səviyyədə qeyd edəcəyik. Və sözsüz ki, müstəqilliyimizin 30 – cu ili dövlətçiliyimiz tarixində çox müstəsna əhəmiyyət kəsb edən bir bayram olacaqdır.

Müstəqillik Günün mübarək Qəhrəman Ali Baş Komandanım!

Müstəqillik Günün mübarək İgid Silahlı Qüvvələrim!

Müstəqillik Günün mübarək Uca Xalqım!

Fəzail Ağamalı,

Millət Vəkili

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı.

18.10.2020 – ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir