Cəmiyyət

İcra başçısı 1-ci müavinini işdən çıxardı – Əhəd Abıyevin qardaşıdır

Sharing is caring!

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib.

İcra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb. N. Abıyev yaş həddiylə bağlı işdən azad olunub.

Qeyd edək ki, N. Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır.

“Qafqazinfo” məsələ ilə bağlı N. Abıyevlə də əlaqə saxlayıb. O, bu məsələ barəsində narahat edilməməsini xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.