Cəmiyyət

Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrində çalışan psixiatrlar üçün təlimlər təşkil edir – FOTO

Sharing is caring!

Səhiyyə Nazirliyi müharibə veteranlarına tibbi xidmət göstərən psixiatrlar üçün təlimlər keçirir.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tibb mütəxəssisləri üçün təşkil olunan təlimlərdə Müdafiə Nazirliyinin Tibb İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Psixiatriya Xəstəxanası, Psixi Sağlamlıq Mərkəzi, o cümlədən şəhər və rayon psixiatriya xəstəxanaları və psixonevroloji dispanserlərin psixoloq və psixiatrları iştirak edirlər.

Təlimçi qismində Türkiyədən Ankara Universiteti Gülhanə Tədris və Araşdırma Xəstəxanası, Psixiatriya kafedrasının müəllimi professor doktor Bülent Devrim Akçay cəlb olunub.

Türkiyəli mütəxəssis 7 günlük təlim müddətində hərbi psixiatriyanın əsas prinsipləri, psixiatriyada müalicə metodları, mənəvi travma konsepsiyası, posttravmatik stres pozuntusu və digər mövzular üzrə təcrübəsini yerli mütəxəssislərlə paylaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir