Dünya

BMT Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdıracaq

Sharing is caring!

BMT-nin İnsan Haqları Şurası Rusiya qoşunlarının Ukraynadakı mümkün cinayətlərini araşdırmaq üçün qətnamə qəbul edib.

50-dən çox ölkə Kiyevin “Rusiyanın təcavüzü nəticəsində Ukraynada insan haqları ilə bağlı vəziyyətin pisləşməsi” məsələsinə baxılması üçün xüsusi iclasın keçirilməsi üzrə müraciətini dəstəkləyib.

Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib. 33 ölkə sənədin lehinə, ikisi – Çin və Eritreya əleyhinə səs verib. 12 ölkə isə bitərəf qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir