Xeberal.Az saytı DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilmişdir. Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilmişdir. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulmuşdur. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi istintaqı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Oxşar Xəbərlər
Sumqayıtda faciə – Qadın abidənin qarşısında öldü
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. XəbərAl.az xəbər verir ki, şəhərin Sahil küçəsində naməlum avtomobil yolu keçən orta yaşlı qadını vurub. Corat abidəsinin qarşısında baş verən hadisə nəticəsində piyada hadisə yrində vəfat edib. Hadisəni törədən sürücü nəqliyyat vasitəsi ilə uzaqlaşıb. Faktla bağlı araşdırmalar və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Məşhurların “Instagram” hesabları oğurlanır: Bu halla qarşılaşmamaq üçün nə etmək lazımdır? – VİDEO
Son günlər bir sıra məşhurların “Instagram” hesabı oğurlanıb. Aygün Kazımova, Kobra Pərviz, Ceyhun Əli bir neçə gündür ki, “Instagram” hesablarını geri qaytara bilmirlər. Bəs bu halla qarşılaşmamaq üçün nə etmək lazımdır? ATV-nin “Xəbərin olsun” proqramı məsələ ilə bağlı videosüjet hazırlayıb. Ətraflı videoda: Xeberal.az
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib – FOTO
Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı […]