Xeberal.Az saytı DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilmişdir. Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilmişdir. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulmuşdur. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi istintaqı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Oxşar Xəbərlər
Marsda helikopter uçuşunun görüntüləri lentə alındı – VİDEO
“Perseverance” roveri 54-cü dəfə Marsın – qırmızı planetin səmasına qalxan “İngenuity” helikopterinin yeni uçuş videosunu Yerə ötürüb. Perseverance “Mastcam-Z” kamerası ilə helikopterin uçuşunu lentə ala bilib. Əldə edilən video uçuşun heyrətamiz detallarını qeydə alır, “İngenuity”nin yüksəldiyini, havada qaldığını və fırlandığını, daha sonra yenidən Ezero kraterinin dibinə endiyini əks etdirir. Uçuş zamanı çəkilişlər təkcə “Perseverance” tərəfindən həyata […]
Borclu abonent yaba ilə “Azəriqaz”ın işçilərini HƏDƏLƏDİ: Yaralanan var – FOTO
Borclu abonent “Azəriqaz”ın əməkdaşına xəsarət yetirib. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, hadisə Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində debitor borcu olan abonentlərin qaz təchizatının dayandırılması zamanı baş verib. 30.06.2021-ci il tarixindən ödəniş etməyən abonent Usubov Kamil Feyruz oğlu 504.34 manat debitor borcu olduğu halda, qaz təchizatı dayandırılan zaman nalayiq ifadələr işlədərək, yaba ilə […]
Türkiyənin “F-16” məsələsi: “Başımızın çarəsinə baxacağıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ əlaqələrinin müdafiə sənayesində arzuolunan səviyyədə olmadığını bildirib. Bu barədə o, ABŞ-ın PBS telekanalına müsahibəsində bildirib: “Müdafiə sənayesini yaxşı istiqamətə yönəltməliyik. Məsələn, bizim “F-16” məsələmiz var. Sizdən “F-16” almışıq. Amma burada siyasi yanaşmaya qərar verərək “F-16” mövzusunda Türkiyəyə hələ də sanksiyalar tətbiq etmək iki dost ölkə üçün çox yanlış addımdır. […]