Bölgə

Qarabağda tikiləcək “Smart city” və “Smart Village” nə deməkdir?

Sharing is caring!

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində salınacaq yaşayış məntəqələri ilə bağlı ictimai maraq qalmaqdadır. Ötən gün prezident İlham Əliyev həmin ərazilərdə “Smart city” və “Smart Village” tipli yaşayış məskənlərinin salınacağını açıqlayıb.

Bəs bu “Ağıllı şəhər” və “Ağıllı kənd” nə deməkdir? 

“Smart” yaşayış məntəqələrini adi bir şəhərdən fərqləndirən nədir?

XəbərAl.az xəbər verir ki, “Smart city” şəhər problemlərini həll etmək və ümumilikdə, xidmət göstərmək üçün texnologiyadan istifadə edən bir şəhərdir. O, nəqliyyat və əlçatanlığı, sosial xidmətləri yaxşılaşdırmaq və vətəndaşlarına rahat yaşayış vermək baxımından daha üstündür. 

“Smart city” ifadəsi yeni olsa da, ideya tarixə söykənir. Belə ki, Qədim Roma şəhərləri vətəndaşlarının həyatlarını asanlaşdırmaq üçün texnologiyadan istifadə konsepsiyasının elementlərini hələ o zaman tətbiq ediblər. Su kəmərləri və su drenaj sistemləri buna nümunədir. 

“Smart city”nin əsas hədəfləri siyasi səmərəliliyin artırılması, israfçılığın və narahatlığın azaldılması, sosial və iqtisadi keyfiyyətin yaxşılaşdırılmasıdır. “Smart city”nin nə olduğunu başa düşmək üçün “smart” ifadəsinin şəhəri təsvir edən xüsusiyyətə deyil, daha çox bir alətə yönəldiyini bilmək vacibdir. 

“Smart” şəhərin vətəndaşları üçün rifah yaratmaq qabiliyyətini təsvir edir. Burada söhbət yalnız vətəndaşların hökumətin onlara göstərdiyi xidmətlərdən faydalanmasından getmir. “Smart city”nin əsas xüsusiyyəti vətəndaşların iştirakını, mövcudluğunu qiymətləndirməkdir. Ağıllı şəhərlər tıxac, hava və su keyfiyyəti, günəş radiasiyası daxil olmaqla hər cür şey haqqında məlumatları real vaxtda toplamaq üçün bir vasitədən istifadə edirlər. Toplanan həmin məlumatlara əsasən, hər hansı bir problemi həll etmək üçün hökumət dərhal hərəkətə keçə bilir.

Sözügedən vasitənin məşhur tətbiqlərindən bəziləri tıxacı və avtomobil dayacağını, növbəti avtobusun nə vaxt gələcəyini müəyyən edən, hava və suyun keyfiyyətini ölçən sensorlardır. Həmçinin piyada sayını aşkarlayan sensorlar kimi ətraf-mühit problemlərini həll edən sensorlar də var. Sensorlar ətrafda insanlar olmadığı zaman küçə işıqlandırmasını azalda bilər və beləliklə, elektrik enerjisinə də qənaət olar.

Bildirək ki, bu tip məlumatlar yalnız hökumətlər üçün nəzərdə tutulmur. “ApparkB”, “Bicing” və digər tətbiqlər sayəsində insanlar özləri günlərini daha səmərəli keçirə bilərlər. Məsələn, Barselona sərnişinlərin ictimai nəqliyyatdan necə istifadə etdikləri barədə məlumat toplayaraq yeni ağıllı avtobus şəbəkəsi yaradıb. Bu yeni şəbəkə daha səmərəlidir və şəhər sakinlərinin 95% -nə yüksək keyfiyyətli avtobus xidmətinə çıxış imkanı verir. Şəhər təcili tibbi xidmətləri yaxşılaşdırmaq üçün GPS sensorlarından da istifadə edir. Belə ki, bu yolla işıqforlar təcili yardım maşınlarını aşkarlayır və onların təhlükəli vəziyyət yaratmadan şəhərdə mümkün qədər tez hərəkətini təmin edir.

“Smart Village” isə hazırda Hindistanın milli, əyalət və yerli hökumətləri tərəfindən bütöv bir kənd inkişafına yönəlmiş təşəbbüs olaraq qəbul edilən konsepsiyadır. 

Ağıllı kənd platforması texnologiya vasitəsilə ucqar ərazilərdə davamlı inkişaf hədəflərinin həyata keçirilməsinin necə səmərəli şəkildə sürətləndiriləcəyini nümayiş etdirən çoxtərəfli təşəbbüsdür. Bu model vasitəsilə hökumətlər ictimai xidmətlərin səmərəliliyini və təhlükəsizliyini artırmağı, maliyyə xərclərini azaltmağı, şəffaflığı və yaxşı idarəetmənin təmin etməyi hədəfləyir.

Qarabağda tikiləcək “Smart city” və “Smart Village” nə deməkdir?
Qarabağda tikiləcək “Smart city” və “Smart Village” nə deməkdir?
Qarabağda tikiləcək “Smart city” və “Smart Village” nə deməkdir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir