Bölgə

Ağsu rayonu Xəlilli Mustafalı kənd icra numayəndəliyi qanlı 20 yanvar günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib- FOTO

Sharing is caring!

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 28 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Bakıda yanvarın 20-si saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi üzrə imzalanmış fərman səhər saat 5.30-da radio ilə elan olunmuşdur. Həmin vaxtadək 100-dən çox dinc sakin artıq qətlə yetirilmişdi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı.

Qanlı 20 yanvar hadisələrinin üstündən 31 il keçməsinə baxmayaraq Azərbaycanın hər yerində o cümlədən Ağsu rayonunda da şəhidlərin məzarları ziyarət edilir, üstlərinə qərənfillər qoyulub, ruhlarına dualar oxunur.

Bu gün də hamımızın yaddaşına qanlı 20 yanvar faciəsi kimi yazılan tariximizi unutmamaq üçün
Ağsu rayonu Xəlilli Mustafalı kənd icra nümayəndəliyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidləri günü ilə bağlı kənd şəhidlərinin məzarları ziyarət edilib, qərənfil gülləri qoyulub, ruhlarına dualar oxunub.
Xatırladaq ki, bu ənənə Ağsu rayon Xəlilli kəndində illərdir davam etdirilir.
XəbərAl.az saytı xəbər verir ki, O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir