Mədəniyyət

Xankəndidən olan Xalq artisti gənclərə çağırış etdi – VİDEO

Sharing is caring!


“Biz fiziki olaraq orada deyildik, amma ruhumuz, düşüncəmiz, fikrimiz hər zaman torpaqlarımızda, Vətənimizdə idi”.

Bu fikirləri Xankəndi rayonunun Həsənabad kəndində dünyaya gəlmiş, Xalq artisti Fəxrəddin Manafov deyib.

İşğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinin getdiyini qeyd edən aktyor mədəniyyət sahəsində çalışan biri kimi gənclərə o yerlərə qayıtmaqla bağlı çağırış edib.

Xalq artisti Fəxrəddin Manafovun iştirakı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış növbəti videoçarxı təqdim edirik:


Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir