Dünya

İndoneziya sahillərində zəlzələ baş verib

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbii fəlakətin episentri təxminən 126 min nəfər əhalisi olan Rəngkasbitunq şəhərindən 117 km cənubda olub. Zəlzələnin ocağı 37 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Mənbə: TASS Xeberal.az

Siyasət

Qubadlı rayonuna yeni prokuror təyin edilib

Qubadlı rayonuna yeni prokuror təyin edilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror müvafiq əmr imzalayıb. Vəzifə Emil Kərimova həvalə olunub. Qeyd edək ki, Emil Kərimov bundan əvvəl Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi vəzifəsində çalışıb. Xeberal.az

Cəmiyyət

Cəlilabadda qanunsuz zəbt edilmiş torpaq sahəsi ümumi istifadəyə verilib – FOTO

Cəlilabad rayonunda qanunsuz zəbt edilmiş torpaq sahəsi ümumi istifadəyə verilib. “Report”un məlumatına görə, rayonun Soyuqbulaq kəndi ərazisində yerləşən bələdiyyəyə məxsus bulaq ərazisi vətəndaş M.S. tərəfindən zəbt olunub. Nəticədə həmin ərazidə qanunsuz balıq gölü yaranıb və sakinlərin həmin ərazidən istifadəsi məhdudlaşıb. Kənd sakinlərinin müraciəti əsasında müvafiq dövlət orqanlarının iştirakı ilə texnika vasitəsilə torpaq sahəsi və su […]

Siyasət

Kamran Əliyev iki rayona yeni prokuror təyin ETDİ

Biləsuvar və Balakən rayonlarına yeni prokurorlar təyin edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən Ramin Nağdəliyevə Biləsuvarın, Camal Bağırova isə Baləkənin prokuroru vəzifəsi həvalə edilib. Qeyd edək ki, Ramin Nağdəliyev bundan əvvəl Binəqədi rayon prokurorunun müavini olub. Camal Bağırov isə əvvəl Biləsuvarın prokuroru vəzifəsində çalışıb. Xeberal.az

Dünya

İtaliya televiziyası Baydeni ələ saldı – VİDEO

İtalya televiziyasında Baydeni təqlid edən məzəli səhnəcik nümayiş olunub. Burada ABŞ dövlət başçısı cəfəng fikirlər səsləndirən və nüvə düyməsini basmağa hazır olan bir şəxs kimi təqdim olunub. “Nove TV”nin şənbə günü axşam proqramında efirə gedən kadrlar sosial şəbəkələrdə izləyicilərin böyük marağına səbəb olub. Mənbə: 360tv.ru Xeberal.az

İdman

Premyer Liqa: “Zirə” 10 oyunluq qələbə həsrətinə son qoyub

Azərbaycan Premyer Liqasında XXIV tur davam edir. Oxu.az-ın məlumatına görə, günün ilk oyunu “Dalğa Arena”da keçirilib. “Araz-Naxçıvan” onu cəmi 1 xal qabaqlayan “Zirə”ni qəbul edib. Qəsəbə komandası səfərdən qalibiyyətlə dönməyə müvəffəq olub. Naxçıvan təmsilçisinin braziliyalı yarımmüdafiəçisi Vanderson Melo əvvəlcə 20-ci dəqiqədə avtoqol müəllifi olub. 74-cü dəqiqədə Rəhim Sadıxov ev sahiblərini ikinci dəfə mərkəzə dəvət edib. Cəmi […]

Siyasət

Ayxan Hacızadə: “Xocalı soyqırımının günahkarları hələ də məsuliyyətə cəlb olunmayıb” – VİDEO

“Kütləvi informasiya vasitələrində geniş yayılan foto və videofaktlar, habelə cinayəti törədənlərin etirafları Xocalıda zorakılıqdan xəbər verir. Təəssüf ki, günahkarlar hələ də məsuliyyətə cəlb olunmayıb”. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “X” səhifəsindəki paylaşımında deyilir. “Soyqırımın 32-ci ildönümündə Xocalıya ədalət tələb […]

Cəmiyyət

Böyük Britaniyada azərbaycanlı qız ingilis uşaqlara necə dərs keçir? – MÜSAHİBƏ + FOTO

“Tutaq ki, şagirdin biri hiperaktivdir və dərsə qulaq asmır, dinləmir. Müəllim anlamalıdır ki, bu uşaq “tərbiyəsiz” deyil, sadəcə, özündən asılı deyil və bunun diaqnozu var. Həqiqi müəllim o şəxsdir ki, bu fərqlilikləri başa düşür və onlara pozitiv yanaşır”.  “Kaspi” qəzetinin müsahibi xüsusi təhsil ehtiyacı olan uşaqları dəstəkləməyi hədəfləyən pedaqoq, Böyük Britaniyada Edinburq Universitetinin magistrantı, “George Heriot’s School”da […]

Siyasət

XİN: “Xocalı soyqırımı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti idi” – VİDEO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib. Oxu.Az xəbər verir ki, paylaşımda deyilir: “Ermənistanın Xocalıda törətdiyi ən böyük qırğından 32 il ötür. Qırğın zamanı şəhid olanları ehtiramla anırıq. Bu kütləvi qətliamı törədənlər cavab verməlidirlər!” How it happened?#Khojaly genocide was a part of Armenia’s systematic ethnic cleansing & genocide policy. […]

Dünya

Milli Məclisin deputatı Belarusdakı seçkilərdən razı qalıb: “Qüsursuz təşkil edilib”

Belarusdakı seçki kampaniyası qüsursuz təşkil edilib. Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi, MDB Parlamentlərarası Assambleyası Baş katibinin müavini Aydın Cəfərov bildirib. “10-a yaxın seçki məntəqəsində monitorinq aparılıb. Bütün seçki məntəqələri vaxtında açılıb, seçki komissiyalarının üzvləri yerində idilər. Bu, xoş bir kəşf idi – seçki məntəqələri Belarus himni ilə işə başladılar”, – deputat qeyd […]