İdman

Premyer Liqa: “Zirə” 10 oyunluq qələbə həsrətinə son qoyub

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XXIV tur davam edir.

Oxu.az-ın məlumatına görə, günün ilk oyunu “Dalğa Arena”da keçirilib.

“Araz-Naxçıvan” onu cəmi 1 xal qabaqlayan “Zirə”ni qəbul edib. Qəsəbə komandası səfərdən qalibiyyətlə dönməyə müvəffəq olub. Naxçıvan təmsilçisinin braziliyalı yarımmüdafiəçisi Vanderson Melo əvvəlcə 20-ci dəqiqədə avtoqol müəllifi olub. 74-cü dəqiqədə Rəhim Sadıxov ev sahiblərini ikinci dəfə mərkəzə dəvət edib. Cəmi 3 dəqiqə sonra bu dəfə Rafael Utziq adını tabloya yazdırıb.

Nəticədə “Zirə” rəqibini 3:0 hesabı ilə məğlub edib. Beləliklə, Rəşad Sadıqovun yetirmələri çempionatda 10 oyunluq qələbə həsrətinə son qoyublar. Bakılılar axırıncı dəfə ötən ilin noyabrında – 3 ay əvvəl 3 xal sevinci yaşamışdılar.

Bununla xallarının sayını 35-ə çatdıran “Zirə” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşır. “Araz-Naxçıvan” isə 31 xalla səkkizincidir.

Qeyd edək ki, fevralın 23-24-də keçirilən oyunlarda “Kəpəz” “Qəbələ”ni (2:1), “Səbail” “Sabah”ı (2:0) məğlub edib, “Turan Tovuz”la “Neftçi” (1:1) bərabərə qalıblar. Tura bu gün baş tutacaq “Qarabağ” – “Sumqayıt” qarşılaşması ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir