Siyasət

Prezident seçkisi ilə əlaqədar Azərbaycanın İstanbuldakı baş konsulluğunda iki seçki məntəqəsi yaradılıb

Fevralın 7-də keçiriləcək növbədənkənar prezidenti seçkisinə hazırlıq prosesi ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən fəal davam etdirilir. Bu barədə Azərbaycanın İstanbuldaki baş konsulluğu məlumat yayıb. Baş konsulluqda 17 saylı Yasamal üçüncü seçki dairəsinin 53 və 54 saylı seçki məntəqələri təşkil olunub. Bu məntəqələrdə yerli vaxtla saat 08:00-dan 19:00-a qədər baş konsulluğun […]

Dünya

Ermənistanda hərbi hissədə yanğın: Ölən var

Ermənistanın Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yanğın baş verib.  Bu barədə Ermənistan mediası məlumat yayıb.  Məlumata görə, insident zamanı ehtiyatda olan hərbçi ölüb.   Bildirilir ki, hadisə döyüş mövqeyindən bir qədər aralıda olub. Yanğının qeyri-müəyyən şəraitdə baş verdiyi vurğulanır. Hadisənin qurbanı 1985-ci il təvəllüdlü Artur Qriqoryan olub.  Yanğın zamanı başqa zərərçəkən olmayıb. Faktla bağlı araşdırma aparılır.  […]

Siyasət

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək. “Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb. Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır: – bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması; – magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrıayrı ixtisas sahələrinin elmi tədqiqat və […]

Dünya

Rusiya əsgərlərini öldürməyə çağıran şəxs Finlandiya parlamentinin spikeri oldu

Rusiya ilə sərhədin tamamilə bağlanmasının tərəfdarı olan sağçı “Əsl Finlər” Partiyasından olan deputat Yussi Halla-aho yenidən Finlandiya parlamentinin sədri seçilib.   O, səsvermə zamanı səslərin yarısından çoxunu alıb.  Halla-ahoya 91 deputat səs verib. Sağçı partiyadan olan siyasətçi ilk dəfə 2023-cü ilin iyununda bu vəzifəni tutub.  Qeyd edək ki, Halla-aho Finlandiyada keçirilən prezident seçkisində də iştirak edib. […]

Dünya

Ukraynada son vəziyyət: Həmyerlimizin mülkü göyə sovruldu – VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Kiyevdə əvvəlki günlərlə müqayisədə sakitlik olub: “Amma buna baxmayaraq, Ukraynanın digər şəhərlərində vəziyyət daha da gərginləşib. Xüsusilə Donetsk, Dnepropetrovsk, Xerson, Xarkov və Zaporojye vilayətlərində həm hava hücumları, həm də quru döyüşləri müşahidə olunub”. Qeyd […]

İdman

Asiya Kubokunda sensasiya: İordaniya Cənubi Koreyaya qalib gələrək finala çıxdı – VİDEO

İordaniya və Cənubi Koreya seçmə komandaları Asiya Kubokunun yarımfinal mərhələsində qarşılaşıblar.  Oyun Əl-Rayanadakı (Qətər) Əhməd bin Əli adına stadionda baş tutub.  Qarşılaşma gözlənilməz nəticə ilə – 2:0 hesabı ilə iordaniyalıların xeyrinə başa çatıb.   Qeyd edək ki, Asiya Kubokunun finalında İordaniya yığması fevralın 7-də üzləşəcək İran-Qətər cütünün qalibi ilə oynayacaq.  Mənbə: championat.com  Xeberal.az

Dünya

Argentina İsraildəki səfirliyini Qüdsə köçürür

İsrailin xarici işlər naziri İsrael Katz Argentina Prezidenti Xavyer Mileyə ölkənin Tel-Əvivdəki diplomatik missiyasının Qüdsə köçürülməsini elan etdiyinə görə təşəkkür edib.  O, bu barədə sosial şəbəkə səhifəsində yazıb.   Qeyd edək ki, bu gün Argentina Prezidenti Miley İsrailə rəsmi səfərə gəlib. O, fevralın 7-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək və onunla ölkələr arasında əlaqələrin daha […]

İdman

Budaq Nəsirov komanda yoldaşını vurdu: “Turan Tovuz”dan qovuldu

“Turan Tovuz” klubu futbolçu Budaq Nəsirovla yollarını ayırıb. Klubdan Oxu.Az-a verilən məlumata görə, bölgə təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Qeyd edək ki, AFFA İntizam Komitəsi Budaq Nəsirovu Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda komanda yoldaşını vurduğu üçün dörd oyunluq diskvalifikasiya etmişdi. Xeberal.az

Dünya

Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 130-u ötüb

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında ən azı 131 nəfər ölüb. Bu barədə ölkənin tibbi ekspertiza mərkəzində məlumat verilib.  Ekspertlərin məlumatına görə, artıq 35 cəsədin şəxsiyyəti müəyyən edilib.    Xatırladaq ki, fevralın 2-də Çili Prezidenti Qabriel Boriç yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Səlahiyyətlilərin hesablamalarına görə, 14 mindən çox ev yanıb və ya […]

Siyasət

Erməni alimi: “İrəvanın əsl tarixi yer altındadır” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvan şəhərinin yer altında gizlədilən tarixi üzə çıxır” adlı süjet hazırlanıb. Oxu.Az xəbər verir ki, verilişdə Ermənistan Milli Elmlər Akademiyası əməkdaşlarının təşəbbüsü ilə yer altında olan İrəvanı “Batmış şəhəri bərpa etmək” adı ilə erməniləşdirmək niyyətindən bəhs olunur. Bildirilib ki, 1827-ci ildə ruslar İrəvanı […]