Cəmiyyət

İnsanlar adlarını niyə dəyişdirirlər? – VİDEO

Son zamanlar adlarını dəyişdirmək üçün aidiyyəti qurumlara müraciət edənlərə tez-tez rast gəlinir. Buna nail olanlar sevinclərini sosial şəbəkələrdə də bölüşürlər. Bəziləri inanırlar ki, yeni seçdikləri ad onlara uğur gətirəcək. Bu isə ictimaiyyət tərəfindən birmənalı olaraq qarşılanmır. Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova deyir ki, belə insanların bir qismi xüsusi ilə xarici adları götürmək üçün müraciət […]

Cəmiyyət

Peşəkar təlimçi: “Proqrama baxdığın andakı boşluq ömrünün sonunadək dolmaya bilər” – MÜSAHİBƏ + FOTO/VİDEO

“Avtobus sürücüləri qayda pozurlarsa, onlar haqqında verilən qərar qəti şəkildə iki cavabdan biri olmalıdır: ya “hə”, ya “yox”. Üçüncü variant yoxdur, olmamalıdır”. Bunu Oxu.Az-a müsahibəsində ekstremal şəraitdə sürücülük təlimləri keçən Rəşad Əliyev deyib. Təcrübəli və peşəkar təlim ustası sürücülər üçün faydalı olacaq bir çox maraqlı məqamlara toxunub. Müsahibəni təqdim edirik: – Öncə qısaca sizi tanıyaq […]

Cəmiyyət

“Turan Tovuz”un İdarə Heyətinin sədr müavini: “Stadionun işıq dirəyi iki aya hazır olmalıdır”

“Stadionun işıq dirəyi iki aya hazır olmalıdır”. Bunu “Report”a açıqlamasında “Turan Tovuz”un İdarə Heyətinin sədr müavini Əli Babakişiyev Tovuz şəhər stadionunda aşan işıq dirəyinin bərpa olunma tarixi ilə bağlı danışarkən deyib. Klub rəsmisi bildirib ki, rəhbərlik hazırda bu iş üçün səfərbər olub: “Layihə yekunlaşmaq üzrədir. Hazır olandan sonra ekspertizaya müraciət olunacaq ki, layihəmiz budur. Ondan […]

Cəmiyyət

Ekspert: “Borrelin zəif rəhbərliyi səbəbindən Aİ uğursuzluğa düçar olub”

“Avropa İttifaqının (Aİ) siyasətində müəyyən anti-Azərbaycan meyilləri bu təşkilatın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel daxil olmaqla, mövcud rəhbərliyin fəaliyyətinin nəticəsidir. Borrelin diplomatiyasının bu zəifliyi dünyanın qalan hissəsi ilə münasibətlərə də təsir edir”. Bunu “Report”a açıqlamasında ABŞ-dən olan politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib. Ekspert qeyd edib ki, bu […]

Dünya

Varşavada Azərbaycan barədə yalan məlumatlar yayan nəşrə etiraz edilib – FOTO

Polşanın paytaxtı Varşavada yerləşən “Polityka” media şirkətinin ofisi qarşısında Azərbaycan icmasının dinc aksiyası keçirilib. Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan icazəli aksiya “Polityka” jurnalının müxbiri Konstanti Gebertin II Qarabağ müharibəsi və Azərbaycanın tarixi Qələbəsi ilə bağlı təxribat və böhtan xarakterli məqalələrinin dərc olunmasına etiraz məqsədilə gerçəkləşdirilib. Aksiyada çıxış edən diaspor fəalları Şamo Qubadov və […]

Cəmiyyət

Bakıda sərnişin taksi sürücüsünə ödəniş əvəzinə oğurluq telefonu girov qoydu – VİDEO

Bakıda sərnişin taksi sürücüsünə ödəniş əvəzinə oğurluq telefonu girov qoyub.  Oxu.Az xəbər verir ki, bununla bağlı sürücü sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, iki sərnişin onun avtomobilinə əyləşərək Biləcəridən Bakıya və sonra geriyə dönüş sifarişi veriblər.  Onlar yolda özlərini qəribə apardıqları üçün sürücü bundan şübhələnib. Mənzil başına çatanda isə sərnişin ödəniş pulunu gətirəcəyini […]

Cəmiyyət

Azərbaycanda universal poçt rabitəsi xidmətləri üzrə tariflər təsdiq edilib – CƏDVƏL

Universal poçt rabitəsi xidmətləri üzrə tariflər təsdiq edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası müvafiq qərar verib. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il “12” yanvar tarixli 3-27/3-7-1/2024 nömrəli qərarı ilə təsdiq edilib. Universal poçt rabitəsi xidmətləri üzrə tariflər 1. Daxili poçt göndərişlərinin Azərbaycan Respublikası daxilində göndərilməsi üçün tariflər № […]

Maqazin

Gənc Aktrisa Aişə Həsənova Mükafata Layiq Görüldü – FOTOLAR

Gənc aktrisa Aişə Həsənova mükafata layiq görüldü. İctimai.az xəbər verir ki, 2023-cü ilin yekun rübünə əsasən keçirilən “Selected People Awards” mükafatına bir çox sənət adamları layiq görülmüşdür. Mükafat alanlar arasında gənc aktrisa Aişə Həsənova da yer almışdır. Oynadığı tamaşalara görə və seçildiyi obrazlardan dolayı Aişə Həsənova da Mükafata layiq görülmüşdür. Azərbaycan Film Akademiyasında təhsil alan Aişə […]

Cəmiyyət

Ekspertiza mərkəzində qalmaqal: Sərxoş sürücüləri rüşvətlə ayıq yazdılar – VİDEO

Sərxoşluğun Ekspertizası Mərkəzində saxta arayış verilməsi ilə bağlı iddialar yayılıb. Belə ki, sözügedən mərkəzdə sürücülərə heç bir alkotestdən keçmədən ödəniş müqabilində, sərxoş vəziyyətdə olsalar belə, ayıqlığı təsdiq edən arayış verildiyi deyilir. Baku TV-nin əməkdaşı gizli çəkiliş vasitəsilə iddiaları araşdırmağa çalışıb. Məlum olub ki, mərkəzdə bu arayışı saxta şəkildə, heç bir testdən keçmədən əldə etmək üçün […]

Cəmiyyət

Bakı sakini mənzilində yaşadığı halda evinin söküldüyünü iddia edir – FOTO/VİDEO DƏYMƏ

“Otuz ildən artıq ailəmizə aid olan ata mülkümü qeyri-qanuni, cinayətkar əməllərlə əlimdən alıblar. Mənim icazəm olmadan şəxsi mülkümün qapısını qıraraq içəriyə daxil olublar. Mənə və ailəmə məxsus olan əmlakı dağıdıb, əşyalarıma ziyan vurub, evimi uçurublar. Bütün bunlar Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-Təftiş Şöbəsinin müdiri Zülfəli İsmayılovun başçılığı altında baş verib”. Bu sözləri Oxu.Az-a müraciət edən […]