Cəmiyyət

Bakıda sərnişin taksi sürücüsünə ödəniş əvəzinə oğurluq telefonu girov qoydu – VİDEO

Sharing is caring!


Bakıda sərnişin taksi sürücüsünə ödəniş əvəzinə oğurluq telefonu girov qoyub. 

Oxu.Az xəbər verir ki, bununla bağlı sürücü sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, iki sərnişin onun avtomobilinə əyləşərək Biləcəridən Bakıya və sonra geriyə dönüş sifarişi veriblər. 

Onlar yolda özlərini qəribə apardıqları üçün sürücü bundan şübhələnib. Mənzil başına çatanda isə sərnişin ödəniş pulunu gətirəcəyini bildirərək telefonu girov qoyub. 

Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, ödənişi etməyiblər. Taksi sürücüsü bu barədə polisə məlumat verib. Sonda məlum olub ki, telefon oğurluqdur.

Həmin videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir